Siyasət

İqbal Ağazadənin dairəsində nəticələr niyə açıqlanmadı?

1-11-2015, 22:29
İqbal Ağazadənin dairəsində nəticələr niyə açıqlanmadı?


Mərkəzi Seçki Komissiyasının sədri 5056 seçki məntəqəsinin nəticələri əsasında, yəni səslərin 91 faizinin hesablanmasından sonra Milli Məclisə seçkilərdə qalib gələn namizədlərin ilkin siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, MSK sədri bütün məntəqələrdə seçkilərin baş tutduğunu, seçici fəallığının 55,7 faiz olduğunu bildirib.

Maraqlıdır ki, 124 dairədə liderlik edənlər açıqlansa da, yalnız 35 saylı Xətai üçüncü Seçki Dairəsinin nəticələri barədə heç bir söz deyilməyib. Bəlli olur ki, 35 saylı dairədə nəticələr hələlik bəlli deyil.

Qeyd edək ki, 35 saylı dairədə Ümid Partiyasının sədri İqbal Ağazadə ilə ASDP sədri Araz Əlizadə arasında ciddi rəqabət getdiyi barədə məlumat var. “Ekzit-pol”ların nəticələrinə görə Araz Əlizadə qalib gəlsə də, İ.Ağazadənin bir neçə məntəqədə şəksiz liderlik etdiyi bildirilir. Hələlik rəsmi nəticələr bilinmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]