Siyasət

İqbal Ağazadənin imza vərəqləri DSK-ya təhvil verildi

14-05-2016, 20:22

İqbal Ağazadənin imza vərəqləri  DSK-ya  təhvil verildi90 saylı Ağdaş seçki dairəsindən təkrar seçkidə namizədliyi Milli Məclisə irəli sürülmüş Ümid Partiyasının sədri iqbal Ağazadənin imza vərəqləri may ayının 14-də, günün birinci yarısı DSK-ya təhvil verilib. Bu barədə Namizədin səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə Xeberman.com-a məlumat verib.

"İmza toplama kampaniyasında YAP Ağdaş təşkilatının sədri, Ağdaş rayon İcra Hakimiyyətinin birinci müavini, namizədliyi adı çəkilən dairədən irəli sürülmüş Cavid Osmanovun təşkil etdiyi qanunsuz dəstələr tərəfindən edilən ciddi təqib, təhdid, təzyiqlərə və qanunsuzluqlara baxmayaraq kampaniyanı uğurla başa vurduq.Seçki Məcəlləsində namizədliyin qeydə alınması üçün 450 nəfərin imza etməsi nəzərdə tutulur. DSK-ya təqdim etdiyimiz imza vərəqlərində İqbal Ağazadənin namizədliyinin qeydə alınması üçün 90 saylı Ağdaş Seçki dairəsinin hüdudları daxilində 550 nəfər seçici öz imzasını verib.-deyə Ə.Ağazadə bildirib

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]