Siyasət

İqbal Ağazadənin səlahiyyətli nümayəndələri təhdid edildi ... FOTOLAR

7-05-2016, 20:37
İqbal Ağazadənin səlahiyyətli nümayəndələri təhdid edildi ... FOTOLARÜmid Partiyasının sədr müavini, 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Tamilla Qulaminin AGXEBER.COM-a verdiyi məlumata əsasən
Bu gün Anar İsayev, Elman Abbasov, Tamilla Qulami 90 saylı Ağdaş Seçki Dairəsindən Parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak üçün imzatoplama kampaniyasında Ağdaşın Yuxarı Ləki kəndində təzyiqlə üz-üzə gəliblər. Mercedes 90 VD 228 nişanlı maşınla 4 naməlum şəxs yaxınlaşıb kəndi tərk etməklə bağlı təhdid ediblər. Naməlum şəxslər səlahiyyətli nümayəndələrə hətta rüşvət təklif ediblər. Rüşvətdən imtinanı görüncə üzərlərinə ciddi təzyiqlərin olacağı ilə bağlı təhdid ediblər. Elman Abbasov və Tamilla Qulami 102-nin qaynar xəttinə zəng edib. Məlum nişanlı maşın səlahiyyətli nümayəndələrin getdiyi bütün istiqamətlərdə təqib edib
İqbal Ağazadənin səlahiyyətli nümayəndələri təhdid edildi ... FOTOLAR
İqbal Ağazadənin səlahiyyətli nümayəndələri təhdid edildi ... FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]