Siyasət / Ölkə

Elmar Məmmədyarovun başı üzərində qara buludlar əsir -TƏFSİLAT

25-05-2016, 16:34
Xarici işlər naziri Elmar Məmmədyarovun başı üzərində qara buludlar əsir. Məlumatlara görə, Xarici Işlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu Nicat Abdullayevin törətdiyi hadisə Elmar Məmmədyarova növbəti zərbələrdən biridir.

Qeyd edək ki, Nicat Abdullayev bir neçə gün əvvəl avtomobillə Bakıda "şou” göstərib. 20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra süni tıxac yaradılaraq onun idarə etdiyi avtomobil saxlanılıb. Nicat Abdullayev isə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib. Bu hadisə bir neçə gün ölkə gündəminin əsas mövzusu olub.

XIN-də bundan əvvəl də ciddi "ÇP”lər baş verdiyi üçün Elmar Məmmədyarov bu hadisədən sonra hədəfə gəlib. Qeyd edək ki, Elmar Məmmədyarov ilk zərbəni "səfir qiyamı” ilə alıb. Daha sonra isə Azərbaycanın Avstraliyadakı səfirliyinin tütün-içki biznesi ilə bağlı biabırçı məlumatlar yayılıb. Bunun ardınca Azərbaycanın Latviyadakı keçmiş səfirinin adı rüşvət qalmaqalında hallanıb. Bu hadisələr bir neçə ayın içində baş verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]