Siyasət

Diplomatiya cəbhəsindəki «əyləc»: Elmar Məmmədyarov - təfsilat

22-05-2016, 02:15
XİN başçısı xaricdə görüşlər keçirib, Azərbaycanın haqlı mövqeyini təlqin etmək yerinə, başını konsertlərə qarışdırıb

Azərbaycan 30 ilə yaxındır müharibə şəraitindədir. Qarabağın Ermənistan tərəfindən işğal olunması ölkəmizi bütün sahələrdə daha çevik, daha operativ hərəkət etməyə vadar edir. Politika.Azxəbər verir ki, son illərin ordu quruculuğunun nəticəsini aprelin əvvəlindəki 4 günlük müharibədə gördük. Məlum oldu ki, Azərbaycan hakimiyyətinin milyardlarla manat vəsait ayırdığı Müdafiə Nazirliyi bu illər ərzində kifayət qədər müasir və güclü silahlarla təhciz olunub. Ordumuzun əsgər və zabitləri də ən yüksək səviyyədə hazırlanıb. Belə olduğu üçün Azərbaycan Ordusu 4 gündə böyük bir ərazini işğaldan azad edərək, bu gün müharibəyə hazır vəziyyətdə dayanıb.

Amma Azərbaycanın çevik olması gərəkdiyi bir sahə daha var. O da diplomatiyadır. Politika.Az xəbər verir ki, Elmar Məmmədyarovun rəhbəri olduğu Xarici İşlər Nazirliyi (XİN) son illər xeyli geriləyib. Prezidentin verdiyi tapşırıqları lazımi səviyyədə həyata keçirə bilməyən nazir və nazirlik artıq ciddi yanlışlara da yol verir.

Məsələn, ötən il Avropadakı səfirliklərimizdə çalışan 4-dən çox diplomat Azərbaycan vətəndaşlığından belə imtina edib. Onlardan biri isə hakimiyyətə qarşı çıxaraq, bir sıra məsələlərdə ittiham edib. 

Elmar Məmmədyarovun yanlış kadr seçimi, bacarıqsızlığı, apardığı danışıqlarda diplomatiyadan daha çox əyləncəyə üstünlük verməsi nəticə etibarı ilə indiki vəziyyəti yaratmalıydı. Politika.az xəbər verir ki, dünyada güclü olan erməni diasporunu sıxışdırmaq, imkanlarını məhdudlaşdırmaq üçün ciddi imkanları olan Azərbaycan XİN-ini bu imkanlardan yararlana bilməməsi başadüşülən deyil. Elə buna görədir ki, Azərbaycan əleyhinə də olmasa, mövqelərimizə zərər verən qərarların beynəlxalq təşkilatlarda yer alması çox təəssüfləndiricidir. 

Qeyd edək ki, müharibədən bir neçə gün sonra XİN başçısı Elmar Məmmədyarovun Eros Ramazottinin Bakıda keçirilən konsertinə qatılması, orada digər məmurlarla qəhqəhələr vurması da qətiyyən başadüşülən deyil. Azərbaycanın həmin ərəfədə daha fəal olması, düşmənin mövqelərini zəiflətməsi üçün addımlar atmaq əvəzinə, nazirin vaxtını konsertdə «öldürməsi» onun qeyri-peşəkarlığı, bacarıqsızlığının və işinin öhdəsindən gələ bilməməsinin təzahürüdür. 

Əslində, Elmar Məmmədyarov günlərlə yatmayıb, ölkə-ölkə gəzməli, ayrı-ayrı təşkilatlarla danışıqlar apararaq, Azərbaycanın haqlı mövqeyindən danışmalı, onların dəstəyini qazanmalıdır. Bu prosesdə diasporanın imkanlarından da yararlanmalıdır ki, bəzi siyasi dairələrə təsir edə bilsin. Hətta bu zaman iqtidar və ya müxalifət olmamasından asılı olmayaraq, hər kəslə görüşərək, onların dəstəyi ilə hərəkət etməlidir. 

Görünən odur ki, Elmar Məmmədyarov nəinki bunları düşünür, heç bu barədə düşünmək belə istəmir. Onu maraqlandıran əyləncəli olaylar, hadisələr və konsertlərdir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]