Əsas Səhifə / Xəbərlər
Elmar Məmmədyarov Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer ilə görüşüb
30-06-2016, 20:34
XariciİşlərNazirliyinin
mətbuat xidmətindən Xeberman.com- a verilən məlumata görə, görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik
dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi
aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına
məlumat verərək, münaqişənin həlli
prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu
xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinəümidvarlığını ifadə edib.
Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadəolunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.