Dünya

"Antalyaya səfər etmək haramdır, ora əxlaqsızlıq yuvasıdır."

3-05-2016, 13:24
İranın ali dini lideri Ayətullah Əli Xamenei Türkiyənin dünya şöhrətli turizm məkanını – Antalya bölgəsini əxlaqsızlıq yuvası adlandırıb.

Xeberman.com İran saytlarına istinadən xəbər verir ki,İranın ali dini lideri Ayətullah Xamenei bu haqda dərs zamannı danışıb. Antalyada baş verən əxlaqsız əməllərə toxunana vəliyyi-fəqih ora edilən səfəri batil hesab edib. Bu barədə İranda nəşr olunan "Cavan” qəzetində də məqalə dərc olunub. Adıçəkilən qəzet çox sayda iranlının məhz Antalyaya istirahətə getdiyini yazırdı. Bu məsələ əksər fars saytlarında "İran ölkəsinin rəhbəri, İranlılara Antalyaya səfəri haram elan etdi." başlıqlı yazı və məqalələr dərc ediblər.
"Antalyaya səfər etmək haramdır, ora əxlaqsızlıq yuvasıdır."

Administratorla əlaqə

077 611-55-22

[email protected]