Əsas Səhifə / Media
Masallıda jurnalistin namizədliyi qeydə alınmadı
23-11-2014, 17:05
Masallıda seçki biabırçılıqları davam edir. ASİYA.AZ JAM.AZ istinadən xəbər verir ki, icra başçısının çoxdan hazırladığı siyahıdan kənara çıxmayan yerli DSK-lar işi o həddə çatdırıblar ki, hətta namizədliyini irəli sürmüş şəxsin yaxın qohumlarının da imzasını saxta çıxarıblar.
Dünən isə məlum olub ki, 71 saylı Masallı kənd seçi dairəsindən namizədliyini irəli sürmüş Asiya.az xəbər portalının rəhbəri Cəfər Cəfərovun da nazmiədliyi qeydə alınmayıb. Bu barədə JAM.AZ-a məlumat verən Cəfərov bildirib ki, o tələb olunan 50 imza əvəzinə 71 imza toplayaraq, noyabrın 12-də DSK-ya təqdim edib. “Əvvəlcə imza vərəqlərini yoxlayıb, hər şeyin qaydasında olduğunu dedilər. Amma dünən (noyabrın 21-də) 71 saylı DSK ilə əlaqə saxladıq da sədr Xanməmmədov mənim imza vərəqlərimdə doldurulması vacib olan xanaların boş qaldığını, 32 imzanın saxta olduğunu bildirdi”.
Jurnalist qeyd edir ki, bütün bunlar bəhanə olmaqla yanaşı, həm də Masallı İcra Hakimiyyətinin ona qarşı tutduğu qərəzli mövqedir. “Əminliklə deyirəm ki, bu işlərin başında Masallı İcra Hakimiyyəti dayanır. Onlar qeyri-qanuni olaraq seçki prosesinə müdaxilə edir, DSK-lara təzyiqlər göstərir, habelə onlardan tənqidi yazılar yazan şəxslərin namizədliyinin qeydə alınmasına imkan vermirlər. Bu təkcə mənə qarşı deyil, həmçinin digər namizədlərə də edilən bir hərəkətdir. İndiyə qədər 71 saylı Masallı Kənd Seçki Dairəsinəd ondan artıq şəxsin mənim kimi min bir bəhanə ilə seçklərdən uzaqlaşdırıblar”.
Baş verənlərlər bağlı MSK-ya müraciət etdiyini bildirən Cəfər Cəfərov namizədliyinin qeydə alınmasını tələb edib. “İndiyə qədər qərarı da ala bilmirəm. MSK-ya müracət etmişəm ki, ədaləti bərpa etsin”.