İqtisadiyyat

AZAL-da işcılərin maaşının gecikmısinə səbəb nədir?

13-05-2016, 14:02
Son zamanlar mətbuatda AZAL- haqqında gedən yazılar, biletlərin bahalaşması,Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işçilərinin maaşının gecikdirilməsi,Əməkdar artist Lalə Məmmədovanın öz " İnstaqram" səhifəsində yazdıgı yazılar və saytımıza daxil olunan şikayət məktubları, bizə bu yazını yazıb oxucuların diqqətinə catdırmaga əsas verir. 
Aviasiya Təhlükəsizlik Baş İdarəsinin bir qrup işçiləriının maaşlarının vaxtlı-vaxtında ala bilmədiklərindən, və bir neçə ay bundan əvvələ kimi hətta ayaq-yollarına belə kağız dəsmal qoyulmamsı kimi şikayətlərdən, Lalə Məmmədovanın bu haqqda iradından sonra, dəsmal və salfetlər qoyulub. Ən maraqlısıda olan budur ki, fevral ayında ikinci devolvasiyadan sonra ehtiyac olmadığı halda AZAL-a 500 nəfər işçi qəbul edilib. Əsasən təmizliyə riayət edən işçilər və fəhlələr.Biz işə götürülənlərə görə narahat deyilik . Narahatlıqlarımız maaşlarla bağlıdı. Bunu yazan şikayətcilər, Yanvar ayından AZAL-ın nəzdində çalışan işçilərin maaşları gecikmə ilə verilir. Adınıda qoyurlar ki, sərnişinlərin uşuşunda azlama var ona gorə maaşlar gecikir . 
Doğrudur, yanvar, fevral aylarında ucuşlarda azalma olur. Digər aylarda normasına düşür. Hətta, guya biletlərin qiymətində endirim etdilər. İndi biletlər əvvəlkindən də baha qiymətə satılır Bununla belə yenədə maaşlar vaxtı vaxtında verilmir. Aviasiya təhlükəsizlik xidmətində işçi çatışmır. Maaşların gecikməsi qalsın bir kənara, hər növbə 2 adamın yerinə işləmək məcburiyyətində qalırıq. Etirazımızı bildirdikdə isə deyirlər ki, xoşunuza gəlmir ərizə yazın çıxın işdən. Aeroport(Terminal 1) 2 ildir tikilib artıq yerdəki metlaxlar qopub, yenidən təmir edirlər.
Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işciləri. Biz AZAL-ın Prezidenti Gahangir Əsgərova müraciət edib öz işcilərinin yerli şikayət və iradlarına baxılmasını, ,həm həm də əhalinin dolanışıgını,nəzərə alıb biletlərin ucuzlaşmasını təmin etməsini xahiş edirik.
Ümidvarıq ki, C.Əsgərov edilən şikayət və iradlara baxıb onları müsbət nəticələndirəcək. 
Rəsmiyyə Aydınqızı

Administratorla əlaqə

077 611-55-22

[email protected]