Ölkə

«AZAL» Təhlükəsizlik İdarəsinin işçilərinə qarşı özbaşınalıq - Rəhbərlik şantaj edir

20-01-2017, 21:35

«AZAL» Təhlükəsizlik İdarəsinin işçilərinə qarşı özbaşınalıq  - Rəhbərlik şantaj edirHeydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik İdarəsinin rəhbərliyindən şikayət məktubu daxil olub. Narazılıq edən vətəndaş özünün da həmin idarənin əməkdaşı olduğunu bildirərək ünvanladığı müraciətində bildirir ki, kimliyini iş yerində əlavə problemlərlə üzləşməməsi səbəbindən gizlətmək zorundadır.

şikayətçi Xeberman.com-a bildirir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik İdarəsinin rəhbəri Elxan Orucov və onun müavinləri işçiləri əmməli başdı ələ salırlar.Şikayətçinin sözlərinə görə adı çəkilən qurumda öz başnalıq pik həddə çatıb iş o yerə çatıb ki Elxan Orucov özü bu söz söhbətlərdən bezərək yeni bir plana əl atıb və özünü Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin rəisi təyin edib və öz yerinə yaxın silahdaşı olan Rasim hüseynovu təyin edib.Məsələ burasındadır ki Elxan Orucov bu işi görməklə sanki öz özünü gülünc vəziyyətdə qoyub.Çünki Aviasiya Təhlükəsizliyi İdarəsi yeganə idarədir ki özü özünə vəzifə dəyişiylikləri edir və qanundan kənar vəzifələr artırılır.Bir idarə yaranırsa bunu ya Özündən böyük rəhbər heyyət qərar verməlidir və ya hansısa bir göstəriş əsasında olmalıdır.Elxan Orucov isə bunu öz başına edərək özünü Aviasiya Təhlükəsizliyi Baş İdarsinin rəisi təyin etmişdir.

Şikayətçinin sözlərinə görə ölkənin birinci qapısı olan Azalı sərişdəsiz özbaşına məmurlar qoruyur,kim nə istədisə onu qanun qoyur kim nə istıdisə onuda edir.Azərbaycan Hava Yolları QSC nin Terminal-1 zonasında isə vəziyyət o həddədir ki işçilər bilmirlər ki necə fəaliyyət göstərsinlər.

Elxan Orucovun göstərişi ilə keçmiş MüdafiyəNaziri vətən xayini Rəhim Qazıyevin köməkçisi olan Əli Qurbanəliyev hal-hazırda Ati-in direktor köməkçisi işləyir və illər öncə olduğu kimi vətən xayini ilə necə insanları incidirdilərsə indidə Əli Qurbanəliyev yenidən öz mənfur niyyəti ilə işçiləri əzir incidir onların haqlarını tapdalayır.Hətta bəyənmədiyi işçiləri işdən bezdirərək qovmaq üçün onları ən ağır strateji postlarda aylarla işlədir.Növbər rəislərinə tapşırıqlar verir ki bu işçi bu yerdə qalsın dəyişilməsin işdən bezib çıxana qədər burda qalsın belə faktlar onlarcadır.Əli Qurbanəliyev hətta bir neçə müddət bundan əvvəl bir neçə işçinin işdən azad edilməsi üçün şəxsən göstəriş vermişdir və onları işdən azad etdirmişdir.

Ölkənin birinci qapısı olan Azalın dərdi bununla bitmir təyin olunan növbə rəislərindəndə şikayətlər tükənmək bilmir.Gündəlik idarə rəisinin xidmət rəisinin adına onlarca şikayətlər yazılır amma ki heç birinə baxılmır əksinə ört basdır olunur çünki bu işlərin digər bir səbəbkarıda Aviasiya Təhlükəsizlik Xidmət rəisi Rasim Hüseynovdur.

İşçlər növbə rəislərindən ona şikayət edir o isə işçilərin ağzını asand bir üsulla yumur get işində ol hər şey yaxşı olacaq deyib yumur.

Adının açıqlanmasını istəməyən şikayətçi onuda bildirir ki Aviasiya Təhlükəsizliyi Xidmətinin növbə rəisi Ağabbeyov Anardan onlarca şikayət edilsədə Xidmət rəisi olan Rasim Hüseynovla qohumluq əlaqələri olduğundan ona heç bir söz deyən olmayıb əksinə idarə iclaslarında onu nümunəvi növbə rəisi kimi qələmə verilib.Bu yaxınlarda Ağabbeyov Anardan Qapalı Səhmdar Cəmiyyətin konserninə şikayət daxil olunub ki o sərnişinlərlə kobud davranır etiq qaydaları pozur və özbaşnalıq edir.Buna isə tədbir olaraq heç bir iş görülməmişdir.

Şikayətçinin şikayətləri əsasında araşdırmalarımız davam edir.

Növbəti yazımzda biləcəksiz.- Elxan Orucovun yüksək məmurlarla qohumluq əlaqələri və o bu vızifədə kimin sayəsində qalır.

Aviasiya Təhlükəsizlik İdarəsinin keçən ilində neçə növbə rəisi tutduqları vəzifədən şəxsi-qərəz üstə qovuldu.Aviasiya Təhlükəsizlik Baş idarəsindən yeni şikayətlər

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]