Gündəm

AZAL tarixinə Minvat hadisəsi təkrarlanıb

7-02-2016, 18:09
AZAL tarixinə Minvat hadisəsi təkrarlanıbAviasiya Təhlükəsizlik idarəsində baş verən qanunsuzluqlarla bağlı Xeberman.com saytına çox saylı şikayətlər daxil olur. Vaxtaşırı biz həmin şikayətləri öz saytımızda işıqlandırırıq. Bu dəfədə Xeberman.com saytına adının açıqlanmasını istəməyən bir şikayətçi bildirib ki, Elxan Orucovun ATİ-yə rəhbər gələndən sonra ATİ-də təhlükəsizliklə bağlı bir çox problemlər olub. Buna misal olaraq həmin mənbə Xeberman.com saytına bildirib ki, təxminən bir neçə il bundan qabaq şəxsiyyəti bəlli olmayan , sərnişin qismində, üstündə gediş bileti və heç bir sənədi olmayan ATİ-nin işçilərinin heç bir maneəsi ilə rastlaşmadan Minvata getmişdi həmin vaxtdan ATİ-nin tarixinə Minvat hadisəsi kimi qaldı. 
Həmin vaxt ATİ-nin işçiləri tuta bilmədiyi sərnişini həmin ölkənin təhlükəsizlik işçiləri tutaraq Azərbaycana təhfil vermişdi. ATİ-nin rəhbər vəzifədə olanları cəzalanmalıdılar, Elxan Orucovun işdən çıxması gözlənilirdi, amma bunların heç biri olmadı. Buna görə də həmin hadisənin bənzəri bu ilin fevral ayının 2-i gecə 3-4 radələrində bir nəfər sərnişin sənədsiz maneəsiz olaraq 4 saylı xidməti girişdən aereportun ərazisinə daxil olmuşdu.Aeredromun xidmətinin fəhlələri tərəfindən saxlanılıb ona görə işçilərin ərizələri alınıb.
Sonda qeyd edək ki, Xeberman.com saytında yazaraq bildirirdik ki, aereprotu Allah qoruyur nəinki, ATİ qoruyur. Onda həmin yazıya Elxan Orucov irad bildirirdi. Bu faktdan sonra isə inanırıq ki, adiyyatı qurumlar Elxan Orucova öz iradlarını bildirəcəklər

Administratorla əlaqə

077 611-55-22

[email protected]