İqtisadiyyat

AZAL-ın dövlət zəmanətli borcu 650 mln. manatı üstələyib

1-06-2016, 11:09

"Azərbaycan Havə Yolları” (AZAL)QSC-nindövlət zəmanətli borclarının ümumihəcmi 650 mln. manatdan artıqdır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

"AZAL-la bağlı məsələ daim höklumətin diqqətindədir. AZAL-a dövlət tərəfindən mütəmadi yardımlar göstərilir. Bura həm güzəştli şərtlərlə yanacağın satılması, həm dövlət zəmanəti ilə kreditlərin verilməsi, müyyən dövrlərdə borcların silinməsi daxildir”, – deyə nazir əlavə edib.

S.Şərifov qeyd edib ki,AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 mln. manatdan artıqdır: "Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliyinin artırılmasına şirkət tərəfindən üstünlük verilməlidir”.

Nazir bildiribki, dövlət borcunaxidmətlə bağlı hər hansı problem olmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]