Gündəm

AZAL-ın yeni prezidenti kim olacaq? – Əsgərov gedir…

8-06-2016, 04:15
"Azərbaycan Hava Yolları” (AZAL) QSC ətrafında baş verənlər artıq yekunlaşmaq üzrədir. Görünən odur ki, son bir neçə ildə Cahangir Əsgərovun nisbətən zəifləməsi artıq onun vəzifəsi ilə vidalaşmasına gətirib çıxarıb.
Bizimxeber.az-a daxil olan məlumata görə, baş verənlər qarşısında duruş gətirə bilıməyən AZAL prezidenti postunu demək olar ki itirib. AZAl-da saylı günləri qalan Əsgərov xarici ölkələrdən birində yaşamağı planlaşdırır.
Çətin anlarda beynəlxalq əlaqələrindən yararlanan Əsgərov bu dəfə demək olar ki tək qalıb. Çünki, zaman-zaman onu dəstəkləyən xətt artıq siyasi arenadan uzaqlaşıb və ya böyük biznes şəbəkələri çökdürülüb.
Bu günlərdə Azərbaycan hakimiyyətində kifayət qədər çəkisi və hörməti olan dostu ilə baş verənləri müzakirə edən C.Əsgərova dostundan ciddi kömək reaksiyası gəlməyib. Dolyaısı ilə "sənə heç bir kömək edə bilmərəm” cavabı alıb. Beləliklə, indi ortada olan tək sual budur – AZAL-ın yeni porezidenti kim olacaq? Bu suala yeqin ki, yaxın vaxtlarda Prezident İlham Əliyev cavab aydınlıq gətirəcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]