Ölkə / İslam

Ruhulla Axundzadənin səhhəti kəskin pisləşib

13-05-2016, 12:43

AİP-in səhhəti pisləşən komitə sədrinə tibbi yardım göstərilmir.

 

Hazırda həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon komitəsinin sədri Ruhulla Axundzadənin səhhətindəki problemlər yenidən şiddətlənib.

 

Xeberman.com İslaminsesi-nə istinadən xəbər verir ki, bu barədə partiya funksionerinin ailəsi məlumat verib. Yaxınlarının bildirdiyinə görə, Ruhulla Axundzadə ağır xəstəlikdən əziyyət çəkir və infarkt da keçirib. İndi isə vəziyyəti daha da ağırlaşıb və xəstəliyi şiddətlənib. Buna baxmayaraq cəza çəkdiyi müəssisədə ona heç bir tibbi yardım göstərilmir və xəstəxanaya köçürülmür.

 

Qeyd edək ki, Ruhulla Axundzadə  2011-ci ildə həbs olunub və 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Ruhulla Axundzadənin səhhəti kəskin pisləşib

Administratorla əlaqə

077 611-55-22

[email protected]