Gündəm

MTN-in həbs olunan generalı təcridxanada infarkt keçirdi - Son dəqiqə

21-10-2015, 19:47
MTN-in həbs olunan generalı təcridxanada infarkt keçirdi - Son dəqiqə

Bir neçə gün əvvəl DİN, Baş Prokurorluq və XDMX-nın MTN-də birgə keçirdikləri əməliyyat zamanı həbs olunmuş general Teymur Quliyevin səhhəti pisləşib. Jam.az-a verilən məlumata görə, MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev qəfil infarkt keçirib və təcili olaraq yerləşdirildiyi təcridxanadan hospitallardan birinə aparılıb. Hazırda durumunun orta-stabil olduğu deyilir.

Məlumata görə, Teymur Quliyevin infarkt keçirməsinin səbəbi həddindən artıq həyacanlı və əsəbi olması olub. İddia edilir ki, qoluna qandal vurulması generala həddindən artıq pis təsir edib.

Xatırladaq ki, Teymur Quliyev 4 gün əvvəl həbs edilib. Əməliyyatçılar onu Bakının Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər və burada axtarış həyata keçiriblər.

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]