Əsas Səhifə / Dünya

Jak Şirak xəstəxanaya yerləşdirilib

10-12-2015, 12:46
Jak Şirak xəstəxanaya yerləşdirilibFransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib.

APA-nın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, sabiq prezidentin qızı jurnalistlərə açıqlamasında bildirib ki, atasının səhhəti qəflətən pisləşib.

Bununla yanaşı o qeyd edib ki, J. Şirakın səhhətinin durumu təhlükəli deyil.

Qeyd edək ki, Paris xəstəxanalarından birinə yerləşdirilən 83 yaşlı siyasətçi tam tibbi müayinədən keçməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]