Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində ciddi səy göstərir
Diplomat ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə ötən gecə telefon danışığı apardığını xatırladıb.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunması üçün ən yüksək səviyyədə çalışır.
Xeberman.com-un Report-a istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə deyib.
Səfir Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi ehtimalına da münasibət bildirib:
"Fikrimcə, görüşün tarixi hələ razılaşdırılmayıb. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün tərəflərin görüşünün baş tutmasına çalışır”.
R.Sekuta xatırladıb ki, ötən gecə ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair telefon danışığı aparıb:
"ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə ciddi səy göstərir”.