Ölkə

Rusiyadan İrəvana xəbərdarlıq: "Bakı sərt cavab verəcək."

5-05-2016, 21:45
İrəvanın qondarma "Dağlıq Qarabağ Respublikası”nın "müstəqilliyinin” tanınması yönündə atdığı addım rəsmi Bakının kəskin reaksiyasına səbəb olacaq və təmas xəttində vəziyyət gərginləşəcək.

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski "RBC” agentliyinə müsahibəsində bildirib. 

"Bu qanun layihəsinin qəbul edilməsi yerində olmayan addımdır, çünki Bakı üçün qızışdırıcı amil olacaq” – deyə Slutski bildirib.

Rus deputatının fikrincə, tərəflər danışıqlar prosesini çətinləşdirən addımlar atmaqansa, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməlidir.
Rusiyadan İrəvana xəbərdarlıq: "Bakı sərt cavab verəcək."

Administratorla əlaqə

077 611-55-22

[email protected]