Əsas Səhifə / Siyasət

Rusiya XİN-dən Qarabağ cəbhəsində vəziyyətlə bağlı – AÇIQLAMA

4-01-2016, 11:58
Rusiya XİN-dən Qarabağ cəbhəsində vəziyyətlə bağlı – AÇIQLAMA

Son aylar biz ağır artilleriya, iriçaplı pulemyotlar, reaktiv yaylım atəş qurğularından istifadə olunmaqla silahlı qarşıdurmanın fəallaşmasının şahidi olmuşuq ki, son nəticədə bu dinc itkilərin sayının artması ilə nəticələnib, o cümlədən də dinc sakinlər arasında. Belə vəziyyət bizi narahat etməyə bilməz

Xeberman.com-un xəbər verir ki, bu barədə İnterfaks-a müsahibəsində Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsi haqqında sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, münaqişə tərəfləri dayanıqlı sülhə nail olmaq üçün səylərini ikiqat artırmalıdırlar.

"Beynəlxalq vasitəçilərin bu qəti mövqeyi Rusiya, ABŞ və Fransanın 2015-ci il dekabrın əvvəlində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında dəqiq şəkildə ifadə olunub.

Tərəflər həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində mövcud razılaşmalara da riayət etməlidirlər”, - deyə, Karasin qeyd edib.

Diplomat xatırladıb ki, Dağlıq Qarabağ nizamlanması məsələləri, o cümlədən gərginliyin azaldılması üzrə birinci dərəcəli məsələlər Berndə keçirilən Azərbaycan-Ermənistan sammitində (19 dekabr) müzakirə olunub.

"Hesab edirik ki, baş tutmuş danışıqlar Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində vəziyyətə sabitləşdirici təsir göstərəck. 
 
Rusiya ATƏT-in Minsk Qrupunun – nizamlama ilə məşğul olan beynəlxalq strukturun üç həmsədrindən biri olmaqla münaqişə tərəflərinə kompromisə çatmaqda kömək üçün əlindən gələni edir.

Son vaxtlar Lavrovun (Rusiya XİN rəhbəri – red.) Azərbaycan və Ermənistandan olan həmkarlarlı ilə bir sıra məsləhətləşmələri baş tutub və bu danışıqlarda Dağlıq Qarabağ nizamlanması üzrə bütün məsələlər kompleksi nəzərdən keçirilib.

Ümid edirəm ki, yeni ilin gəlişi ilə bu iş davam etdiriləcək. Təbii ki, hərbi vəziyyət də diqqətdən kənarda qalmayacaq”, - deyə, diplomat bəyan edib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]