İslam

Mən dini öyrənmişəm amma anlamamışam - Ustad Qiraəti.

3-05-2016, 23:10
Ustad Möhsin Qiraəti söyləyir:
Bir dəfə üç övladını şəhid vermiş bir atanın ziyarətinə getmişdim. Hal-əhval etdikdən və bir müddət keçdikdən sonra şəhid atasından soruşdum:
– Harada dəstamaz ala bilərəm?
– Aşağı mərtəbədə, dedi.
Dəstəmaz alıb çıxanda, gördüm şəhid atası əlində əl-üz dəsmalı qapının qarşısında məni gözləyir. Söz deməyimə fürsət vermədən dedi ki:
– Əl-üzünüzü qurulamağınız üçün dəsmal gətirmişəm ağa.
Dedim:
– Hədislərdə deyilir ki: Dəstnamazdan sonra onu qurulamayın, qoyun su öz-özünə qurusun. Belə etsəniz dəstəmazın savabı 30 dəfə artmış olar.
Yaşı xeyli ötmüş olan üç şəhid atası gülərək dedi:
– Çox gözəl ağa, bəs hədislərdə yaşlı bir adam ayaqlarındakı xəstəliyə və ağrılara baxmadan sizə dəsmal gətirirsə dərhal onu susdurub utandırmayın deyə bir söz yoxdurmu?!
Yerimdə donub qaldım, ancaq bunu deyə bildim:
– Düzdür, haqlısan atacan, doğru olan budur ki, mən dini öyrənmişəm, ancaq anlamamışam...
 
Mən dini öyrənmişəm amma anlamamışam - Ustad Qiraəti.

Administratorla əlaqə

077 611-55-22

[email protected]