Ölkə

Lənkəranlı şəhid atası niyə oğlunun nəşini Ağdamda dəfn etdi? - Bir şəhidin həyat yolu

27-04-2016, 14:37

Aqil Abbas: "Mənim «Dolu» romanımda, həm də «Dolu» filmində nə heç bir obrazın adı var, hamısı rəmzidi, nə də heç bir rayonun adı çəkilir.

Yalnız bir Lənkəran adı var. Niyə məhz Lənkəran?

Romanda buna geniş yer versəm də, filmdə bircə yerdə qeyd olunur ki, Lənkərandan 25 nəfər könüllü gəlib və silahları da var, düzdü, amma azdı. Yəni silahsız, əli yalın gəliblər Qarabağda savaşmağa – baltayla, dəhrəylə. Necə ki savaş başlayanda elə çoxları baltayla, yabayla, dəhrəylə savaşırdı.

Niyə məhz Lənkəran? O da bir simvoldu, cənub bölgəsinin paytaxtıdı Lənkəran. Həm də müharibədə şahidi olduğum bir hadisəyə görə yazdım bunu.

Lənkərandan 18 yaşlı bir uşaq bəlkə də evdən qaçıb gəlmişdi Ağdamda vuruşmağa. Qeyrətlə də vuruşurdu, sonra şəhid oldu. Batalyon komandiri Hacı Əkbər Rüstəmovun qucağında can verdi. «Dolu»dakı Pələng kimi! Adətən başqa bölgələrdən olan şəhidləri valideynləri ya özləri gəlib aparırdı, ya da döyüşçü yoldaşları aparıb öz el-obalarında dəfn edirdilər.

Həmin lənkəranlı gəncin (çox təəssüf ki, adını unutmuşam. Atası və ya qohum-əqrəbası bu yazını oxuyursa, mənimlə əlaqə saxlasaydılar sevinərdim)

atası gəldi Ağdama. Amma oğlunun nəşini Lənkərana aparmadı. Dedi: Şəhid, şəhid düşdüyü torpaqda, qanı tökülən torpaqda dəfn olunmalıdır. Və o gənci Ağdam Şəhidlər xiyabanında dəfn etdilər. Sözgəlişi, Ağdamda üç Şəhidlər Xiyabanı vardı. Və sonra o qeyrət dağarcığı olan gəncin atası Lənkərana dönmədi. Dedi oğlumun silahını verin mənə və qoşuldu oğlu yaşlı gənclərə, girdi oğlunun şəhid olduğu səngərə. Bax, məhz bu mənə Lənkəranın adını yazdırdı romana, çəkdirtdi filmə.

İndi o talış balasının ruhundan qorxun. Qarabağda şəhid olan yüzlərlə talış oğullarının ruhundan qorxun. Onların ruhu talışları Azərbaycan xalqının üstünə qaldırmaq istəyənləri boğar!"

(Aqil Abbasın çıxışından - İxtisarla)
Lənkəranlı şəhid atası niyə oğlunun nəşini Ağdamda dəfn etdi? - Bir şəhidin həyat yolu

Administratorla əlaqə

077 611-55-22

[email protected]