İslam

Ustad Qiraəti: "Atacan ya mənə de ki get günah elə, ya da məni evləndir!"

25-04-2016, 14:37
Ustad Möhsin Qiraətidən gözəl bir xatirə: "Atacan, sən məni Hz Yusif hesab edirsən?"

"Tələbəlik illərim idi, evlənmək istəyirdim. Atamla telefonla danışırdım, dedi ki oğlum, ali ictihad dərslərinə başlamasan, evlənmək yoxdu.
Gördüm rahatlıqla yola gətirə bilməyəcəm onu, əşyalarımı götürüb Qumdan Kaşana, evimizə qayıtdım. Atam məni görüb təəccüblə soruşdu: Oğlum, sən burda nə gəzirsən? Dedim gəlmişəm evlənməyə, evləndirməsən dərs oxumayacam. 
Atam nə qədər nəsihət etdisə, qayıtmadım. Bir neçə nəfər ağsaqqalla danışdı ki, məni başa salsınlar, mən də bir neçə sözü gedən ağsaqqallardan xahiş etdim, atamı razı salsınlar, faydası olmadı. Bir gün atama dedim: Atacan, sən məni Hz Yusif hesab edirsən? Məni Yusif kimi imanlı bilirsən? Ya mənə de ki get günah elə, ya da məni evləndir! Bu sözlərimdən sonra atam razılaşdı.
Ustad Qiraəti: "Atacan ya mənə de ki get günah elə, ya da məni evləndir!"

Administratorla əlaqə

077 611-55-22

[email protected]