İslam

Ustad Möhsin Qiraəti nə üçün uşaqlara moizə etmədi?

24-02-2016, 21:18
Ustad Möhsin Qiraəti nə üçün uşaqlara moizə etmədi?Möhsin Qiraəti deyir "Kənar şəhərlərdən birinə dini təbliğ etməyə getmişdim. Bir gün şəhərin məktəbinə dəvət edildim. Din barədə danışmalı idim. Təyin olunan zaman məktəbə gəldim. Uşaqlar həyətdə həvəslə idman edirdilər. Məktəb direktoru məktəb zəngini çaldırdı. Uşaqları toplayaraq elan etdi ki, uşaqlar, idman vaxtı bitdi. Sonra üzünü mənə tərəf tutub uşaqların hazır olduqlarını bildirdi: buyurun, cənab Qiraəti, uşaqlar sizi dinləyir. Çox fərqli vəziyyət, tamam qəribə vəziyyətlə ilə üz-üzə qalmışdım, içimdə qərarımı verdim. Boğazımı arıtlayıb, çox qısa olaraq bunu dedim: «Bismillahir-rəhmanir-rəhim. Əziz uşaqlar, dinimiz idman etməyi çox bəyənir. Bu da mənim demək istədiklərim. Vəssalam! Gedin idmanınızla məşğul olun». Uşaqlar dağılışandan sonra məktəb direktoru gileylənməyə başladı: — Cənab Qiraəti, məni pis vəziyyətdə qoydunuz. Razılaşmadığımı bildirdim: — Siz heç bilirsiz nə edirsiniz?! Uşaqları idmandan ayıraraq zorla söhbətlərimə qulaq asdırmaqla, siz ta Qiyamət gününədək bu uşaqlarda din alimlərinə qarşı az qala nifrət oyadacaqdınız. Təsəvvür edin, indi mən əgər fürsəti qənimət sayıb (?!) uzun-uzadı din barədə danışsaydım, bilirsiz nə olacaqdı?! Onlar harda din alimi görsəydilər deyəcəkdilər ki, bunlar idmanla düşməndir. Ustad əlavə edir: Elə bu barədə danışırdıq ki, uşaqlar mənə yaxınlaşaraq soruşdular: — Siz axşamlar hansı məsciddə olursunuz? Məscidin ünvanını verdim. Axşam o uşaqların hamısı məsciddə idi".

Administratorla əlaqə

077 611-55-22

[email protected]