Əsas Səhifə / Yazarlar

Dünya Uğrunda-Sonumuzu öz əlimizlə yaxınlaşdırırıq!

20-03-2014, 10:06

İnsanlığa müraciət etmək istəyirəm,hayqırmaq, qışqırmaq istəyirəm............insanlar!!! ey yaranmışların ən şüurluları,niyə bu qədər gözümüz kor ,qulağımız kar olmuşuq? niyə özümüz -özümüzə düşmənik bu qədər.görmürsüz ki,bizi yaşadan həyat yaşatmır artıq?, görmürsüz ki, öz dünyamızı, öz evimizi dağıdırıq, çirkablarla, müharibələrlə, təbbiəti məhv etməklə əslində özümüzü məhv edirik?

Şüurlu insanlar şüursuz hərəkətlərə yol veririk,axı ölürük biz canlılar, məhv oluruq, buna səbəb nədir axı? niyə koruq biz, niyə?....
Yer üzünün millətləri xalqları Azərbaycan,Türk, Qırğız, Tatar, Monqol,Abxaz ,Avar, Ərəb, Cuvud, İnquş. Pakistan. Hind ,Koreyalı, Kitay, Çin, İngilis,Fransız .Rus və digərləri............
ay insanlıq, nə istəyirik axı biz??? məqsədimiz nədir axı?---özümüz-özümüzü didirik, dağıdırıq, niyə?
bilirik ki,bizi yaradan var—Yaradanvə həyatımız üçün lazım olanları bizə bəxş edən var.Rahman və Rəhim olan Allah---bizsə nankörləri dəstəsiyik---axi niyə??? səbəb nədir?niyə kütləşmə gedir beyinlərimizdə?
texnalogiya inkişaf etdikcə, əslində həyat tərzimiz yaxşılaşmalıdır, amma özümüz koruq, elə bil, yaşamımız yaxşılaşır biz vəhşiləşirik.Hiss etmirik ki,hər günki işlərdən, qayğılardan yediyimiz, içdiyimiz və aldığımız hava ,hamısı korlanıb. zəhərlənib,çirklənib bir tərəfdən güya çalışırıq texnalogiya inkişaf etsin digər tərəfdənsə havamızı, suyumuzu ,qidamızı saxtalaşdırırıq.güya ki,anlamırıq ki, bu gün qonşumu aldadıb, ona satdığım məhsul sabah dolayısı ilə mənə gəlib çatmayacaq?---Ey kütləşmiş beyinlər!!---yer kürə şəklindədir,,bunun anlamını bilirsiz ya karsız ,korsuz????
dənizlərə çirkab sular axıdırıq.canlıları məhv edirik.havaya o qədər zəhərli qazlar buraxılır ki,oksigen çatmır.qidalarımızın hamısını kibrid etmişik ,əsl toxum qalmayıb.nə yediyimizdə qüvvə var. nə içdiyimiz suda təmizlik--heyvanlar aləmi. bitkilər aləmi .nə bilim nələr, kimlər. hamısı məhv olur.nsanlarsa azğınlaşırvəhşiiləşir..
sonra inanmırsınız ki, dünyanın sonudu o ,qədər mundarlıqa bulaşmısık ki.,gözlərimizi də çirkab tutub.məhv olmağımzı görmürsüz ki?? amma Allahın zülmü də, zərbəsi də əvəzsiz və geri dönülməyən olacaq.!!...........
dinindən irqindən asılı olmayaqraq,dilindən asılı olmayaraq--hamımız günah içindəyik.axı heç kim düşünmür ki,sonumuz nə olacaq??-gündəlik xəbərləri dinləyin ən azından--nə qədər insan qırılır, ölür, öldürülür,şəhərlər ,kəndlər suyun altında qalır,səbəbli -səbəsiz canlılar məhv olur və başlıca günahkarı da Insandır.şüurlu olub da,vəhşiləşmiş bizlərik.kasıblarımız ancaq gündəlik bir tikə çörəyi düşünürük,varlılarımız qudurğanlıqdan pulunu xərcləməyə yer tapmırıq.və bir gün də, görəcəyik ki, budu haa, Allahımız daş salır başımıza çünki biz insan ola bilmədik, vəhşi olduq--evimizi, .yurdumuzu, təbiətimizi məhv etdik.çirkləndirdik,yemək yediyimiz., su içdiyimiz ,qabları murdar etdik.güllməlidir vallah, elə bil beyinlərimiz daşlaşıb-anlamırıq ki,təbiətə vurduğumuz zərbə artıqlaması ilə üstümüzə gələcək-yaşıllıqları məhv edirik--hansısa binalar tikirik, amma anlamırıq o bina oksigenimizi qırmaqla,məhv etməklə tikilir..

Insanlıq--tamamən çaşmış haldayıq.bu çox gülməlidir deyilmi?--çünki keçmişdə insnlar savadsızdı, bir çox şeylərdən bixəbərdirlər, onlarçün həyatın əsl üzünü görmək çətin idi.amma indi biz çox savadlı nəsilik ,hətta 3-4 yaşlarındakı uşaqların belə beyni məlumat bazasına çevrilmiş haldadır, amma buna sevinməkdənsə bizlər--heç özümüz də,bilmirik məqsədimiz nədir?mənasız işlərlə məşğuluqölkələr miqsayını götürsək ölkə rəhbərləri ancaq xalqları biri-birinə düşmən edib də öz mənafələrini güdməkdən məşğuldurlar,yazığım gəlir o başçı adlananlara--doğurdan gülməlidirlər.elə bil ölümlərini heç xatırlamırlar--elə bil ölüm bunlarçün deyil, elə bil ölüm onların qapısını döyməyəcək o,qədər insan qanına bais olublar ki ,bilmirəm artıq cəhənnəmin harası onlarçün uyğun olar? insanların qarşılıqlı münasibətini nəzərdən keçirsək əgər--o da bərbad....bəhsə -bəhs--elə istəmədiyimiz şeylərə sahib oluruq ki,sonunda baxaırıq ki,axı min zülm çəkdiyimiz--maddiyatımızı qurban verdiyimiz,qonşumda var məndə də,olmalıdır dediyimiz əşya .heç bizə yararlı deyil-amma o maddiyyatla nə qədər savab işlər görmək olardı yeri gəlmişkən Savab haqqında ümumiyyətlə unutmuşuq.ancaq bizim kefimiz kök olsun düşünürük yeyək, içək, gəzək—qonşum necə olur olsun.ay insan, nə qədər çox varındırsa o.qədər çox soruşulacaq səndən var-dövlətini paylaş çünki səninçün nə qədər hesablanıb o qədər yaşayacaqsan.və yığdıqlarında qəbrdə heç də yararlı deyil.paylaş qoy ac qarınlar doysun,üzlər gülsün,körpələr sevinsino,qədər xəstə uşaqlar var ki,bir savab ələ möhtac ay insanlar olmaz ki,ehtiyacınızdan artığını kimsəsizlərə,ehtiyaclılara,küçədə qalanlara verəsiniz?,xəstələrə ümid olasınız?,qocalara sevinc olmazmı? axı biz bu dunyanı elə cənnətə cevirərərik ki,özümüz də yaşadığımız hər andan həzz ala bilərik.gül -çiçək yaşıllıq içində--hava su təmiz,qidalarımız qatqısız hamımız sağlam, elimli,bunun nəyi pisdir axı? axı biz bunu bacararıq.axı öyrənməli o qədər .şeylər var ki,yaşadığımız dünya sirlər aləmi--amma hər şeyin açarı elmniyə elm uğruna yaşam uğruna yaşamırıqda, bir birimizi ağlatmaq ,qırmaq uğruna qanlar tökürük? axı bunların hesabı hər birimizdən sorulacaq!
ey insanlar,ey şüurlu yarananlar, gəlin DÜNYAMIZA düşmən kəsilməyək özümüz -özümüzü məhv edəcəyik düşünək.düşünək ki,öz əlimizlə öz sonumuzu yaxınlaşdırırıq,o gün yaxınlaşanda isə kim olduğundan asılı olmayaraq-hansı millətdən asılı olmayaraq, hamımız məhv olacağıq.haqımımız da, dilənçimiz də,varlımız da ,kasıbımız da,heç kimə güzəşt yox...deyə bilmərəm ki,bunu anlamırsız--amma onu deyə bilərəm ki,dəhşətlisi odur ki, anlayırıq amma yenə davam edirik öz vicdansız hərəkətlərimizə bax elə buna görə də,təbiətin zərbəsi də bizimçün amansız olacaq.necə ki,dolayısıyla biz amansızıq, qəddarıq.
ALLAHIM sən bu beyinsiz, şüursuz hala düşmüş bəndələrini qəflət yuxusundan oyat ,onlara gərçəkləri görmək və haqqa dönməyi nəsib et İNŞHALLAH!

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]