Ölkə

Lənkəran məscidində dava - Problem niyə həll olmur? (Foto-Fakt)

18-03-2016, 22:03
Xeberman.com saytına Lənkəranda yerləşən Hz Əbəlfəz Abbas məscidi haqqında daxil olan şikayətlər səngimək bilmir. Şikayətlərin çoxluğunu nəzərə alıb Lənkərandakı məscidə baş çəkməyi qərara aldıq. Münasib gün kimi cümə gününü seçdik.Məscidə yaxınlaşmışdıq ki, əzan verildi. Əzan sədaları altında dəstnamaz alıb məscidə daxil olduq. Axund əba çiynində önə keçdi. Dərhal namaz başladığından cümə namazının qılınmadığını bildik. Camaat iki dəstəyə bölünmüşdü. Bir dəstə arxada fərdi olaraq öz namazını qılır, digər dəstə isə çox səliqəsiz və pərakəndə şəkildə səfləri doldurmadan namaza durdular. 
Camaat günorta namazını qılmaq üçün namaza durdu. Bir qədər sonra bir cavan oğlan əlində telefon məsciddəki minbərin üstünə çıxdı. Sonuncu pilləyə kimi qalxan bu gəncin nə etdiyini ilk öncə anlamadım. Daha sonra telefonunu çıxarıb namaz halında olan camaatı müxtəlif formalarda şəkillərini çəkdi. 
Axund  bir neçə dəqiqə xütbə etdi. Amma dinləyən az idi. Əgər mikrafon olmasa səsi eşidilməzdi. Arxada isə camaat namazını fərdi şəkildə qıldıqca məscidi tərk edirdi.Biz də namazımızı qılıb məscidi tərk etdik.  
Bunu da qeyd edək ki, məscid əhli nədənsə onun xütbə etməsinə belə əsəbləşmişdilər. Səbəbini tam anlamadım. 
Məscidin həyətinə düşmüşdük ki, bir neçə nəfərin mübahisə etdiklərinin şahidi olduq. Daha sonra məlum oldu ki, söhbət yenə Ramiz adlı axunddan gedir.
Orda deyilənlərin bir qismini sizə yazıram: "... "Gedib min oyundan çıxır, mədrəsədə qadınla ... İndi durub bizə pişnamaz durur? Utanmırda... Toyda rəqs etmək nədir burda  bizə xütbə oxumaq nədir?.." "Başqa birisi gülərək dedi: Utanmasan oynamağa nə var ki...."  
Sonra camaat orada olan bir nəfəri də ittiham edib deyirdilər: "Belə haqlısınızsa nə üçün məhkəmədə yalan yerə şahidlik etdiniz ki, bu məscid dövlət əleyhinə işlər görür. Başqa birisi dilləndi. Allah bunu sizin yanınıza buraxmaz. Vallah buraxmaz. Əllərimə bax. Bu əllər bu məscidin tikintisindən ilk kərpicindən son kərpicinə qədər iş görüb. Amma siz bizi boş şeyə görə ittiham edirsiniz.." Başqa birisi dilləndi. Dünənə qədər harda idiniz? Seyyid Elman, Hacı Zülfüqar burada olanda nə üçün gəlib ətrafında cəm olmadınız? Bu məscidin yolunu tanımayanlar indi guya cümə namazı qılmaq eşqinə düşüb?"  
Mübahisə getdikcə qızışırdı. Bunu görüb bəziləri oradakıları oradan uzaqlaşdırdılar. Oradan uzaqlaşa-uzaqlaşa da Ramiz adlı axundun oradan getmələrini və burada axund olmağa haqqı çatmadığını bildirirdilər. 
Bunu da qeyd edək ki, həmin axundun rüşvətə halal deməsini əks etdirən video kadrlar  mövcuddur. Yaxın günlərdə o kadrları sizə təqdim edəcəyik. Bizi izləyin.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]