İdman

Robert Prosineçki xeyriyyə aksiyasına qoşulub

22-04-2016, 23:44
Robert Prosineçki xeyriyyə aksiyasına qoşulubFutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki vətəni Xorvatiyada abidə ucaldılması məqsədilə təşkil olunan aksiyaya qoşulub.
 
Xeberman.com-un "telegraf.rs"ə istinadən verdiyi məlumatıa görə, abidə 200 min serbiyalının Xorvatiya ərazisindən qovulması ilə əlaqədar Knin şəhərində qoyulacaq. 

Bunun üçün lazım olan 800 min avro və ya 6 milyon kuna məğləğində vəsaitin toplanılmasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, nazirlər, Zaqreb meri Milan Bandiç və veteranlarla yanaşı, keçmiş futbolçulardan Zvonimir Boban, İqor Ştimats, Robert Prosineçki və digər məşhur simalar iştirak edəcək. Onların aprelin 21-də Knində xeyriyyə xarakterli bayram konsertinə qatılacaqları bildirilir. Lakin Prosineçkinin tərcüməsi Aydın Rüstəmov "Report"a açıqlamasında baş məşqçinin sabah Xorvatiyada olacağına dair xəbəri təkzib edib. 

Qeyd edək ki, daha öncə Robert Prosineçki Xorvatiyada ticarət mərkəzi açıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]