İdman

“Avro-2016″nın ən bahalı yığmaları

6-06-2016, 14:46

“Avro-2016″nın ən bahalı yığmalarıXeberman.com xəbər verir ki, Fransada keçiriləcək Avropa çempionatının ən bahalı heyətə malik yığma komandası müəyyənləşib.

 

"Blumberq” nəşrinin verdiyi məlumata görə, siyahıya son Avropa çempionu İspaniya millisi başçılıq edir.

 

Prineylilərin heyətindəki 23 futbolçunun ümumi dəyəri 736 milyon dollar edir ki, bu da onları zirvədə saxlayıb. Almaniya yığması 663 milyon dollarla ikinci, Fransa isə 551 milyon dollarla üçüncü pillədə qərarlaşıb.

 

İlk onluqda Belçika, İngiltərə, İtaliya, Portuqaliya, Xorvatiya, Polşa və Türkiyə yığmaları da yer alıb. Ən ucuz dəyərli heyətə malik yığma Macarıstan millisi olub. Macarların heyətindəki futbolçuların ümumi dəyəri cəmi 31 milyon dollar təşkil edir.

 

"Avro-2016″nın ən bahalı komandaları ilə yanaşı, ən bahalı futbolçuları da müəyyənləşib. Madrid "Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo bu göstəricidə hər kəsi qabaqlayıb. 31 yaşlı futbolçunun dəyərinin 116 milyon dollar olduğu bildirilib. Tomas Müller (79 milyon) ikinci, Eden Azar və Robert Levandovski isə (hər ikisi 74 milyon dollar) 3-4-cü pillələri bölüşdürür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]