Foto Fakt

Zimbabve prezidenti özünə abidə açıb – FOTO

13-09-2016, 00:19
Zimbabve prezidenti özünə abidə açıb – FOTO

Zimbabvenin paytaxtı Harare şəhərində ölkə prezidenti Robert Muqabenin abidəsinin açılış mərasimi keçirilib.

Xeberman.com Report-a istinadən xəbər verir ki, abidənin açılışı mərasimində 92 yaşlı dövlət başçısının özü də iştirak edib.

Dördmetrlik daş abidə yerli heykəltəraş Dominik Behuroy tərəfindən hazırlanıb. Eynəkli və bığlı abidə Muqabeni təsvir edir.

Prezident özünə həsr olunmuş heykəli "gözəl sənət əsəri” adlandırıb.

Qeyd edək ki, Robert Muqabe 1980-ci ildən ölkəni fasiləsiz idarə edir.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]