Dünya

Misirin böyük sünni alimi şiə olub -FOTO

18-04-2016, 14:12
Misirin tanınmış Əl-Əzhər universitetinin böyük alimlərindən sayılan şeyx Misbah Əmin Əd-Durəyni uzun araşdırmalardan sonra Peyğəmbər və Əhlibeytinin ardıcılı olmağa qərar verib.
Şeyx Misbah Əmin Əd-Durəyni ötən şənbə günü İraqın Kərbəla şəhərinə gələrək, rəsmən Əhlibeyt məktəbinin yolunu qəbul etdiyini əhali qarşısında çıxışında bəyan edib.

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin müəllimi və İxavanul-Muslimin Təşkilatının tanınmış simalarından sayılan sünni alimi Əd-Durəyni şiə olması ilə bağlı deyib: "İnsanın öz xətalarını başa düşüb və ondan geri dönməsi yalnız ilahi lütf sayəsində baş tuta bilər. Mən öz həyatımda çoxlu mütaliə və araşdırmalar aparmışam. Ancaq mənim hidayət olmama ilk hadisə bir neçə il öncə "Rafizi Kimdir?” adı altında təhqir və böhtan dolu yazılmış yazı oldu. O yazıda şiələr çox ədəbsiz şəkildə təhqir edilərək, heyvanlara bənzədilmişdi. Mən o zaman bu yazıya qarşılıq olaraq İslam Peyğəmbərinin davranış və gözəl əxlaqı barədə məqalə yazmışdım.”

Əd-Durəyni Misirin sələfi alimi Yusif Əl-Qərzavinin yaxın dostlarından olub. (tashaio.com)
Misirin böyük sünni alimi şiə olub -FOTO
Misirin böyük sünni alimi şiə olub -FOTO
Misirin böyük sünni alimi şiə olub -FOTO
Misirin böyük sünni alimi şiə olub -FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]