Dünya

Şok Şiddətli toqquşma: 3 polis yaralanıb

16-03-2016, 00:39
Şok Şiddətli toqquşma: 3 polis yaralanıb

Diyarbəkirin mərkəzi Bağlar rayonunda dünən gecə başlayan münaqişə getdikcə kəskinləşir. 


Bir polisin şəhid olduğu rayonda, zirehli maşına minaatanla hücumda 3 polis yaralanıb.


Yaralı polislərin köməyinə vətəndaşlar gəlib. Toqquşmalarda 3 vətəndaş da yaralanıb. Bağlar rayonunun Kayapınar küçəsində dünən gecə başlayan qarşıdurmalar davam edir. Küçəyə çıxma yasağı elan edilməsi ilə birlikdə geniş miqyaslı əməliyyat başlanılan region mühasirə altına alınıb. Çox sayda xüsusi təyinatlı polisinin sövq edildiyi məhəllədə terrorçuların təsirsiz hala gətirilməsinə yönəlik işlər davam edərkən, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında tez-tez şiddətli toqquşmalar baş verir.


Qadağa tətbiq edilən Nükhet Coşqun küçəsində patrul vəzifəsi aparan zirehli polis maşınına terrorçular tərəfindən ara küçədən minaatanla hücum edilərək, uzun lüləli silahlarla atəş açılıb. Hücumda 3 polis məmuru yaralanıb. İlk müdaxilələrin vətəndaşların etdiyi polislər, Diyarbəkir Hərbi Xəstəxanasına qaldırılaraq müalicə altına alınıb. Rayonda əməliyyat davam edir.   (modern.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]