Gündəm

Yerevanda silahlılar polis binasını ələ keçiriblər

17-07-2016, 14:15
Yerevanda silahlılar polis binasını ələ keçiriblər

Binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun göndərilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər Yerevanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.

Xeberman.com-uNews.am-a istinadən məlumatına görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib. 

11:29

Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Bu barədə Xeberman.com İnterfaks agentliyinə istinadən xəbər verir.

"Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan "silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

V.Avetisyan iddia edir ki, Erebunidə yerləşən xüsusi təyinatlıların hərbi hissəsi ələ keçirilib.

11:09

Bir qrup silahlı şəxs Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib. 

Xeberman.com İnterfax-a istinadən xəbər verir ki, onlar müxalif  "Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əlavə qoşun göndərilib. 

Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]