Kriminal

Polis postuna hücumda 6 əməkdaş yaralanıb

9-05-2016, 13:01

Qroznıda 6 polis əməkdaşı yaralanıb. Hadisə iki silahlı şəxsin şəhərə daxil olmağa cəhd etdikləri zaman baş verib, Çeçenistan respublikası DİN-in mətbuat xidməti bildirib.

İdarənin məlumatına görə, hücum edənlərdə qumbara və partlayıcı maddə olub.

"İlkin məlumata görə, hücum edənlərlə atışma zamanı 6 polis əməkdaşı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır”, DİN mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bundan əvvəl güc strukturlarındakı mənbə İnerfax agentliyinə hücumun yerli vaxtla 6:30-da edildiyini bildirmişdi.

Hadisə zamanı hücum edənlərdən biri özünü partladıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]