Kriminal

Bakıda restoranda atışma: yaralılar var - 4 NƏFƏR HƏBS EDİLDİ

22-04-2016, 11:36

Faktla bağlı araşdırma davam etdirilir.

Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən «Bulaq» restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib. Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.

Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Hazırda ərazidə cəlb olunan polis əməkdaşlarından APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, atəş «Makarov» tipli tapançadan açılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Bakıda restoranlardan birinin qarşısında mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.

Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.

Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Aprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 21.00 radələrində Badamdar qəsəbəsində yerləşən «Bulaq» kafesində müştərilər arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb və iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.

Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. (Lent.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]