Ölkə

Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı... - Müsavatda seçkini uduzdu, sonra...

10-03-2016, 20:36
Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri DİA.AZ-a ərizə ünvanlayıb. Ərizədə deyilir:

"Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışan Emin Hüseyn, əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə Astara RMX-də korrupsiya, özbaşınalıq və səriştəsizlik halları baş vermişdir. 2 milyon manat vəsaiti mənimsədiyinə görə və Astara sakinlərinin çoxsaylı şikayətləri nəticəsində, 2015-ci ildə vəzifəsindən azad edilərək Qobustan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat almışdır.

Məlum olmuşdur ki, Emin Hüseyn, 22.08.1979-cu ildə Bakı şəhərində anadan olub, əslən Gürcüstan Respublikasındandır. Bakı şəhərində 132 saylı orta məktəbdə, Azərbaycan Tibb Universitetinin Oftalmologiya fakültəsində və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təhsil almışdır.

Emin Hüseyn, 2001-ci ildə Müsavat Gənclər Təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə namizəd olmuş, 117 nəfər konfrans nümayəndələrindən 34 səs toplayaraq seçkidə məğlub olmuş, təşkilatın o zamankı sədri - Emin Əlisoyla koalisiyaya girərək təşkilat sədrinin birinci müavini postuna təyinat almış və yalnız 2015-ci ildə Müsavat Partiyasının Səbail Rayon Təşkilatının üzvlüyündən imtina etmişdir.

Mütəmadi olaraq siyasi əqidəsini dəyişən Emin Hüseyn sosial şəbəkələr vasitəsilə erməni mənşəli qadınlarla yazışaraq sevgi macərası yaşayır, ölkə xaricinə səfərləri zamanı isə onlarla görüşərək eyş-işrət məclislərində iştirak edir.

Qobustan RMX-də Emin Hüseyn tərəfindən həyata keçirilən müxtəlif saxtakarlıq halları nəticəsində müxtəlif işçilərin xəbərləri olmadan onların guya hansısa tibb müəssisələrinə kurslara ezam edilməsi üçün hər ay 50 manat pul silinir. Səhiyyəyə aid xəstəlik bülletenləri və sürücülük vəsiqələri üçün tibbi arayışlar müvafiq reyestr qeydiyyatı aparılmadan 50 - 100 manat rüşvət müqabilində vətəndaşlara təqdim edilir, xəstəxana üçün ayrılan cari xərclər və yanacaq təminatı saxta sənədlər əsasında mənimsənilir.

Guya xəstəxanada hər ay 50 nəfərə yaxın xəstənin ambulator müalicə aldığını göstərən saxta sənədlər tərtib edilərək onlar üçün ayrılmış dərman vəsaitləri, yemək və istilik xərcləri, uşaq fondu üçün ayrılan pul və dərman vəsaitləri hər ay ərzində Emin Hüseyn tərəfindən şəxsi məqsədləri üçün istifadə edilir. Bundan əlavə, Emin Hüseynin göstərişi ilə, Qobustan rayon sakinlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Qobustan Şöbəsindən pensiya almaları üçün əlillik dərəcələrinin təyinatı zamanı hər şəxsdən 200 manat rüşvət tələb edilir.

Dini ibadətlə məşğul olmağına baxmayaraq, baş həkim Emin Hüseyn xəstəxanada çalışan tibb işçilərindən hər ay rüşvət tələb etməklə onların şəxsiyyətini alçaldır, buna qarşı çıxanları isə təhqir edərək hədələyir. Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaş kartları da baş həkimin şəxsi cibinə xeyir gətirir.

Baş həkim, xəstəxananın Təklə, Sündü, Ərəbşalbaş, Cəyirli, Cəmcəmli, Qurbançı, Nabur, Şıxzahırlı, Xilmilli, Bədəlli, Yekəxana, Poladlı, Çalov, Ərəbqədim, Dərəkənd və Cəngi kəndlərində yerləşən məntəqələrinə ayrılan dərman və pul vəsaitlərini də gündəlik xərclərini ödəməsi üçün əlavə gəlir mənbəyi kimi istifadə edir, mühasibatlıq vasitəsilə pul ayırmalarını özünə sərf edən istiqamətlərə yönəldir. Bununla yanaşı, RMX-nin nəzdindəki Konsultativ Poliklinikanın şöbə müdiri - Qurban Kərimovla əlbir olaraq, Poliklinikaya ayrılan pul vəsaitlərini də şəxsi məqsədləri üçün istifadə edir. Bu işdə Qurban Kərimov ona yaxından köməkliyini göstərir.

Xəstəxananın İdarəetmə aparatı, Mühasibatlıq, Konsultativ Poliklinika, Psixonevroloji, Vərəm və Stomotoloji Kabinetləri, Təsərrüfat, Ümumi xəstəxana, Qeydiyyat, Fizioterapiya və tibbi bərpa, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Şüa-diaqnostika, Stasionar, Cərrahiyyə, Terapiya, Pediatriya, Mama-ginekologiya, Anesteziologiya və Reanimasiya, Yoluxucu xəstəliklər və Əczaçılıq şöbələrində özbaşınalıq, süründürməçilik, rüşvətxorluq halları rayon sakinlərinin haqlı hiddətinə səbəb olmuşdur.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri olaraq, biz, Prezidentimiz cənab İlham Əliyev və Səhiyyə nazirimiz cənab Oqtay Şirəliyevdən yuxarıda qeyd etdiyimiz qanunsuzluğun və korrupsiya faktlarının qarşısının alınmasını, Emin Hüseynin barəsində qanuni tədbir görülməsini xahiş edirik.

10.03.2016-cı il”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı...
Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı...
Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı...
Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı...
Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı...
Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı...
Qobustan xəstəxanasının baş həkiminin qəribə tərcümeyi halı... 

Administratorla əlaqə

077 611-55-22

[email protected]