Ölkə

Baş həkim gestapo yaradıb - Göyçayda

11-08-2016, 23:35

Baş həkim gestapo yaradıb - GöyçaydaGöyçay Mərkəzi rayon Xəstəxanasının baş həkimi Famil Zeynalov gestapo rejimi yaradıb.

Bu barədə Politika.Az-a rayon sakinləri xəbər verib.

Məlumata görə, barəsində çap olunan şikayət və narazılıqlardan əsəbləşən baş həkim aqressiyasını xəstələrdən çıxmağa başlayıb. O, xəstələrin qəbulunda ciddi rejim tətbiq etməyə başlayıb.

Belə ki, xəstəxanaya səhər saat 10:00-dan sonra qəbul başlanır, həmin vaxtdan öncə daxil olmaq qadağan edilib. Səhər saatlarında gələn xəstələr saat 10:00-a qədər girişdə ayaqüstə gözləməyə məcbur olurlar.

Qeyd edək ki, Göyçay rayon Mərkəzi Xəstəxanası səhiyyyə xidməti göstərmir, burada sadəcə büdcə pullarını yuyurlar. Baş həkim Famil Zeynalov Göyçayın səhiyyə sistemini korrupsiya yuvasına çevirib.

Göyçay Mərkəzi Rayon Xəstəxanasının bir qrup həkim heyəti, başda Famil Zeynalov olmaqla sağlam gənclərdən rüşvət alaraq hərbi xidmətdən yayındırmaqda və hərbi xidmətdən yayındırdıqdan sonra hərbi xidmətə yararsız etdikləri, dinc və müharibə dövründə yararsız hesab etdikləri gənclərə sürücülük vəsiqəsi almaq üçün sağlamlıq sənədi verməkdə ittiham olunur.

Yayılan xəbərlərdə bildirilir ki, 2006-cı il tarixdə Göyçay MRX-nın baş həkimi vəzifəsinə təyin olunan Famil Zeynalov 2004-cü il tarixdə xəstəxanaya verilmiş küllü miqdarda qiyməti olan səyyar «Flaqman» maşınını sataraq mənimsəyib.

Bu maşın səyyar olaraq ağciyərin flaqrafiya müayinəsini istənilən yerə gedərək edir. Təcili Tibbi Yardım Stansiyasına hər gün 80 litr benzin yanacağı ayrılsa da təcili yardım maşınlarına cəmi 15 litr benzin verilir. Qalan 65 litr satılaraq baş həkimin cibinə gedir. Masallıdan Göyçay Mərkəzi Rayon Xəstəxanasına 2 yük maşını gətirilmiş təzə mebellərin yarıdan çoxu satılaraq mənimsənilib.

Aylıq əmək haqqı 250 manat olan Famil Zeynalovun özünün istifadəsində olan hər birinin dəyəri 150.000 manatdan çox olan 4 avtomobili var. Bura hektarlarla torpaq sahələrini, ticarət obyektlərini və möhtəşəm villaları da aid etsək baş həkimin baş korrrupsioner olduğunu aydın etmək mümkün olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]