Ölkə

İcra başçısı 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

20-04-2016, 12:57
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəməsi başa çatıb. 

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R. Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Alışov Rafiq Şıxməmməd oğlu Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.

Xatırladaq ki, R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Sabiq icra başçısına hökm oxunub

Administratorla əlaqə

077 611-55-22

[email protected]