Əsas Səhifə / Yazarlar

Xocalıda Fəryad Edən Ruhlar (köşə yazısı)

25-02-2014, 23:19

Xocalı faciəsi millətimizin namus və qeyrət məsələsidir. Bu millət qara ləkə ilə yaşamamalıdır. Amma biz hələdə yaşayırıq, biz hələdə bu qara ləkəni öz üzərimizdə saxlayırıq, hətta bəzən elə alınır ki, sanki bu ləkəni dünyaya göstərmək üçün saxlayırıq, hətta dünyanın bir çox ölkələrində anım tədbirləri keçirtmək üçün çalışanlarda az deyil, sabah millətimizdə bu günü yad edəcək. Bəs sonra? Yenədəmi növbəti ildönümünü gözləyib onu daha layiqli keçirtmək üçün hazırlaşacağıq. Axı bu anım günləri hələ neçə illər davam edəcək? Bəlkə bu anım günündə Xocalıya yürüş edək? Bəlkə bu soyqrım günü Xocalıda fəryad edən ruhların harayına yetişək? Bəlkə bu hüzn günü Xocalıda öldürülən, əsir götürülən anaların, qızların, gəlinlərin, uşaqların qisasını alaq? Gör neçə illərdi ki, Xocalının üzərində qisas üçün ruhlar hələdə bizi gözləyirlər, axı qisas deyib hayqıran, fəryad edən ruhların ağrı-acısına,göynərtisinə bu millətin daha dözümü qalmayıb, gecə-gündüz ağlamaqla, göz yaşı tökməklə millətin qəlbinə çökmüş bu yara sağalmır. Xocalı soyqrımı baş verən zamanda dogulmuş körpələr indi artıq böyüyüblər, onlar soruşurlar ki, "Bəs böyük SSRİ dövlətinə qarşı çıxmağa çəsarəti olan bu millət Xocalıda tapdalanmış namusuna necə göz yumub?" Biz indi bu gənclərə nə cavab verək? Bu namus məsələsini sizəmi saxlamışıq, bu qisası siz alacaqsınız bizim kişiliyimiz çatmadımı cavabını verək. Axı mərdi qova-qova namərd etmək olmaz, bu millət namərd olmayıb, niyə imkan vermirlər ki, bu millət namusuna, ölüsünə-dirisinə sahib çıxsın. Bu gün Xocalı üçün için-için ağlayan kişilər bu qisas uğrunda ölümədə hazırdılar, təki bu "Qara ləkə" millətin üzərindən silinsin və ondan sonra "Bütün dünyada Xocalının qisas gününü anılsın".

Rasim Hüseyn ("Jurnalist ekspert,vicdan məhbusu)

Administratorla əlaqə

077 611-55-22

[email protected]