İqtisadiyyat

İlham Əliyev vergilərin tətbiqinə yenidən baxmağa hazırlaşır

26-06-2016, 18:41
Bu yaxınlarda ölkənin iri supermarket şəbəkələrinin sahibləri yerli istehsal olan kənd təsərrüfatı məhsullarının parakəndə satışından ƏDV-nin götürülməsi məsələsini qaldıranda və Vergilər Nazirliyi ilə sahibkarlar arasında bu mövzuda polemika gedəndə Azərbaycanın vergi sistemi ilə bağlı problemlər bir daha gündəmə gəldi 

Lakin çox keçmədən iri biznesin və dövlət korporasiyalarının nümayəndələri də ƏDV güzəştləri barədə məsələ qaldırmağa başladılar. Məsələn, "Azərbaycan Dəmiryolları” ASC-nin rəhbəri Cavid Qurbanov bildirdi ki, ƏDV-nin həcmi diferensiyalaşdırılmalıdır, çünki yüksək vergilər yükdaşıyanların vəziyyətini çətinləşdirir. C.Qurbanov artıq yükdaşımalara qoyulan ƏDV-yə yenidən baxılması barədə əsaslandırılmış təkliflərini hökumətə təqdim edib.
İlham Əliyev vergilərin tətbiqinə yenidən baxmağa hazırlaşır
Dəmir yolları üçün ƏDV-dən ziyan əsasən tranzit yükdaşımalarda yaranır. Bir tərəfdən dövlət bu gün "Qərb-Şərq” və "Şimal-Cənub” marşrutlarının cəlbediciliyini artırmaq üçün tariflərin aşağı salınmasını tələb edir. Digər tərəfdən yüksək ƏDV qoyulur. Hərçənd hesablamaq çətin deyil ki, dövlət tranzit yükdaşımaların həcminin artmasından ƏDV-dən daha çox gəlir əldə edə bilər.

Əslində bu məsələdə vergi orqanlarını günahlandırmaq olmaz, onlar mövcud vergi qanunvericliyini icra edirlər. Ancaq bu o demək deyil ki, dövlət və şəxsən prezident İlham Əliyev ƏDV ilə bağlı sahibkarlar və vergi orqanları arasında gedən polemikanı izləmir və vəziyyətdən xəbərdar deyil.

Bu günlərdə prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin Xidməti və iqtisadi islahatların analizi və kommunikasiyalar Mərkəzi ölkədə iqtisadi islahatların aparılmasına dair təklifləri öyrənmək üçün online-soru başladıb. Suallardan biri Azərbaycanın vergi qanunvericliyinə hansı dəyişikliklərin təklif edilməsi barədədir. Sorğuda bütün hüquqi şəxrlər, sahibarlar, habelə vətəndaşlar iştirak edə bilər. Belə görünür ki, dövlət başçısı məsələnin aktuallığını nəzərə alaraq öz köməkçisi vasitəsilə geniş ictimaiyyətin də vergi sahəsində islahatlara dair fikirlərini öyrənməyə çalışır.
İlham Əliyev vergilərin tətbiqinə yenidən baxmağa hazırlaşır
Hər təklifi diqqətlə öyrənmək lazımdır, istisna deyil ki, təkcə prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin Xidməti və iqtisadi islahatların analizi və kommunikasiyalar Mərkəzinin imkanı bu cür irihəcmli işin öhdəsindən gəlməyə imkan verməz. Bu araşdırmalar daha çox strukturları və insanları cəlb etmək olar. Ola bilsin qoyulan suallara cavab vermək üçün 10 günlük müddət də bəs etməyəcək. Axı hamının əlinin altında hazır təkliflər olmaya bilər. Ancaq istənilən halda həmin 10 günlük müddət ölkə KİV-lərindən bu cür taleyüklü sualların müzakirəsində oxucuların daha çox fəallığını təmin etmək vəzifəsi dayanır.
İlham Əliyev vergilərin tətbiqinə yenidən baxmağa hazırlaşır
Elə ilk günlərdən məlum oldu ki, hökumətin bu təşəbbüsü əhalinin müxtəlif kateqoriyalarında nə dərəcədə maraq doğurub. Xüsusən deputat Vahid Əhmədovun sözlərini yada salmaq lazım gəlir: "Əgər bu məsələ ilə prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin Xidməti və iqtisadi islahatların analizi və kommunikasiyalar Mərkəzi məşğul olursa bunun özü artıq müsbət hadisədir. Prezident iqtisadi islahatlara bilavasitə rəhbərlik edir. İqtisadi islahtları isə birbaşa prezidentə tabe olan hökumət həyata keçirməlidir”.

Deputat onu da qeyd edir ki, əsas məsələ təkliflərin irəli sürülməsi yox, onların həyata keçirilməsidir. İqtisadi islahatlara start verilib, ancaq deputat hesab edir ki, islahatlar ləng gedir. Bank sektorunu sağlamlaşdırmaq, qeyri-neft sektorunun inkişafına yatırımlar qoymaq lazımdır.
İlham Əliyev vergilərin tətbiqinə yenidən baxmağa hazırlaşır
Lakin ekspertlər bir məsələdə yekdildir-dövlət strukturlarının ictimaiyyətin diqqətini islahatlara dair müzakirələrə cəlb etməsi alqışlanmalıdır. Həmin sorğunun keçirilməsinin iqtisadi islahatların düzgün istiqamətini müəyyən etməsi üçün gərəkdir ki, bütün mövqelər diqqətə alınsın, atılan addımlar sona çatdırılsın.

İqtisadi islahatlar ölkə üçün çox böyük önəm kəsb edir və bu məsələyə formal yanaşmaq olmaz. Və nəhayət buna nail olmaq lazımdır ki, ƏDV dövlət strukturları, o cümlədən Vergilər Nazirliyi üçün əsas meyar olmasın və sahibkarların işinin efektivliyinə xidmət etsin. Real gəlirlər ƏDV-yə qurban getməsin, əksinə olsun.

Bəli, ƏDV tətbiqi qanunla tənzimlənir, lakin qanunlar inkişafı tormozlayanda onlara yenidən baxırlar. İlham Əliyev də iqtisadi qanunların inkişafa xidmət etməsi üçün qanunvericilikdə radikal islahatlar aparır və sahibkarlarda belə əminlik var ki, daxil olan bütün təkliflərin analiz olunmasından sonra qəbul ediləcək qərarlar təkcə supermarketlərin və dəmir yollarının deyil, eyni zamanda bütün biznes mühitin rahat nəfəs almasına imkan verəcək. Və tətbiq olunan ƏDV-lər iqtisadiyyatın müxtəlif sferalarının inkişafını əngəlləməyəcək, əksinə, inkiafa xidmət edəcək .

Administratorla əlaqə

077 611-55-22

[email protected]