Layihə

1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmiş qəhrəmanının tanı.

26-02-2016, 17:17
1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmiş qəhrəmanının tanı.Allahverdi Bağırovu haqda bir xatirə. 1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Orduya rəhbərlik etdiyi vaxt onun gecəsi olub, nə gündüzü. Evində-eşiyində gecələməyib. Eləcə başını qoyub stola mürgüləyib. Səhərə kimi o postu yoxla, bu postu yoxla. Bir deyildi, iki deyildi. Abdalgülablıdan tutmuş Sırxavəndə kimi, 30-40 kilometr məsafəlik yolu qət edərək, gecə-gündüz postları yoxlayırdı. Zəhmli adam idi. Onun gülüşü də zəhmli idi. Bir-iki söz deyirdin, bığının altı qaçardı, ya qaçmazdı. Elə bil Allah-taala onu bir nur insan yaratmışdı. Hansı ki, biz bunu kitablarda oxumuşuq ki, Koroğlu belə, Babək belə. Allahverdini görməyən adam elə bilirdi ki, onun bir əlli metr boyu var... Sözünə düz, tüpürdüyünü yalamayan oğlan... Day nə deyim, candan əziz şey yoxdur. O, bu millət və bu xalq üçün canını qoydu... O bir il döyüşüb, mən səkkiz il. Amma mən indən belə şəksən il də xidmət eləsəm ona çatmaram. Çünki o şəhid olub, bir iki nəfəri azad edə bilmirik, amma o min neçə nəfəri əsirlikdən azad edib. Özü də hökmnən, Minnət-xahiş etmədən, humanitar təşkilatlara ehtiyac olmadan! Bircə nəfər çıxsın desin ki, mən Allahverdiyə on manat vermişəm ki, mənim balamı xilas eləsin... Mən ən acığım gələn şeylərdən biri Allahverdinin xilas etdiyi şəxslərdən bir nəfərinin də Xocalı günündə çıxıb deməməsidir ki, Allah Allahverdiyə rəhmət eləsin, bizi bəladan qurtardı. Onun geri qaytardığı meyitılər dirilməyib, bəs o min neçə nəfərin 800 nəfəri sağ deyil ikisi-üçün çıxıb desin ki, filankəs məni erməninin əlindən aldı. Elə hey əsirlər onlara verilən əziyyətlərdən danışırlar, biri demir ki, indi mən Allahverdinin hesabına əsirlikdə döyülmürəm. Onlar danışmalıdır, mən danışmalı deyiləm, çünki səni girovluqdan o qurtarıb. Tahir Bayramov, döyüş yoldaşı

Administratorla əlaqə

077 611-55-22

[email protected]