---
"Günəşli" yatağının yanğın baş vermiş dəniz özülündə 29 nəfər xilas edilib
5-12-2015, 12:42
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 29- nəfər xilas edilib.
Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
Xilasetmə işləri davam edir.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.