Gündəm

Allahverdi əsl xalq qəhrəmanıdır - Keçmiş döyüşçü Habil Şirinov.

22-04-2016, 14:19
Xeberman.com xəbər verir ki, bu gün Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. 

Keçmiş döyüşçü Habil Şirinovun Allahverdi Bağırovla bağlı xatirəsi: "Mən Allahverdi bəylə 1989-cu ildən tanış idim.Sovetin qılıncının dalının da kəsdiyi vaxt imperiyaya açıq meydan oxuyan kişilərin birincilərindən idi.O vaxt könüllü Ağdərənin İmarət-Qərvənd kəndinə həkim gəlmişdim.Kəndə Ağdamdan vertolyotla gedib-gəlirdik.Allahverdi bəy mənə deyərdi,həkim Azərbaycan hamımız üçün əzizdir.Amma Qarabağlı kimi bura bizim üçün daha əzizdir.Sən İmişlidən olaraq bu gün bizimlə çiyin-çiyinə Qarabağ uğrunda döyüşdüyündən bizim üçün daha əzizsən.Mən hər dəfə Ağdama gələndə mütləq Allahverdi bəyin ikimərtəbəli yeməkxanasında qonaq olmalıydım.Bu yeməkxana o vaxtı döyüşə gələn bütün könüllülərin üzünə açıq idi.Bir sözlə Allahverdi əsl xalq qəhrəmanıdır. Ruhu şad olsun."

Allahverdi əsl xalq qəhrəmanıdır - Keçmiş döyüşçü Habil Şirinov.

Administratorla əlaqə

077 611-55-22

[email protected]