Əsas Səhifə / Layihə

"Yanlış Həzz - Ölümə Aparan Yol" layihəsi - Lənkəranda

22-02-2016, 21:19
"Yanlış Həzz - Ölümə Aparan Yol" layihəsi - Lənkəranda
 
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən "Yanlış Həzz - Ölümə Aparan Yol" layihə Lənkəranda bağlanış seminarı keçirəcək...
 
Layihənin rəhbəri olan Elməddin Mirzəzadədən aldığımız məlumata görə layihənin əsas məqsədi Azərbaycan gəncliyini narkomaniya bəlasında azad etmək və bu yola düşməyin qarşısını almaqdır. Layihə məqsədli şəkildə Lənkəran və Sumqayıt şəhərlərində keçirilir. Statistikaya nəzər salsaq görərik ki, bu şəhərlər faiz etibarı ilə bu bəladan daha çox əziyyət çəkir. Rəhbər onuda qeyd edib ki, Lənkəranda baş tutuacaq seminar sırf gənclərin iştirakı ilə aparılacaq.
 
Seminar Lənkəran şəhərində yerləşən Qala Otelin konfrans zalında, 24.02.2016 saat 13:30 tarixində baş tutuacaq.
Seminarda iştirak üçün əlaqə telfonundan qeydiyyat keçmək xahiş olunur.
 
Əlaqə: 055 703 88 94
 
Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]