Əsas Səhifə / Layihə

Sumqayıtda yeni lahiyə - “Yanlış Həzz - Ölümə Aparan Yol”

4-01-2016, 21:33
Sumqayıtda yeni lahiyə - “Yanlış Həzz - Ölümə Aparan Yol”
 

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elməddin Mirzəzadə-nin "Yanlış Həzz - Ölümə Aparan Yol” lahiyəsinə əməkdaşlıq edən QWERTY Company-nin təşkilatı dəstəyi ilə lahiyə start verildi.

 

 

"Yanlış Həzz - Ölümə Aparan Yol” lahiyəsi, gənclər arasında "ölüm zənciri” rolunu oynayan narkotik bəlasına qarşı mübarizə tədbiridir.

Lahiyə çərçivəsində üç seminar nəzərdə tutulmuşdur. Seminarlar Sumqayıt və Lənkəran şəhərlərində baş tutacaqdır.

 

 

Seminarda:

-Narkotik vasitələr, onların yayılması, mühafizə olunma, uzaqlaşma yolları və daşıyıcı xəstəliklər barəsində təlim keçiriləcək. Seminar araşdırmlar əsasında baş tutacaq və dərin informasiyanı özündə əks etdirəcək.

Lahiyənin əsas məqsədi Narkotik vasitələrdən uzaqlaşmaq və bunun yollarını cəmiyyətə kütləvi şəkildə çatdırmaqdan ibarətdir.

 İLK TƏLİM

16 yanvar saat 13:00 , Reduco Tuition Center –da baş tutacaq!

Ünvan: Sumqayıt şəh. İsmət Qayıbov küçəsi, 211/1 (Gold Palace ilə üzbəüz )

Əlaqə:

055 703 88 94

051 596 52 25

 

 

Seminarı sizlərə təqdim edəcək:

 

Emil Maqalov

-----------------

12 dekabr 1976-cı il Gürcüstan doğumludur.

Sumqayıt Poltexnik Texnikumunu, Azərbaycan Dövlət Neft Akademiyasını və Sumqayıt Dövlət Universitetini fərqlənmə diploma ilə bitirmişdir.

Halhazırda: Səhiyyə Nazirliyinin Riskin Azaldılması lahiyəsininin Sumqayıt üzrə koordinatoru və Narkomaniya-QIDS eksperti vəzifəsini daşıyır.


Administratorla əlaqə

077 611-55-22

[email protected]