Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə 5 ulduz” layihəsi həyat keçirilib.

15-18 oktyabr
2016-cı il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər
Fondunun maliyə dəstəyi və Azərbaycan Turizm
İnstitutu məzunları İctimai Birliyinin təşkilatçılğı ilə Azərbaycan Turizm və Menecment Universitetində "Turizmdə 5 ulduz” layihəsi həyat keçirilib.
Layihənin məqsədi turizm sahəsi üzrə təhsil alan, işləyən gənclərin turizm
biliklərinin artırılması və onların fəaliyyətinin peşəkarlaşdırılmasıdır.
Layihə 5 gün davam edib, layihə çərçivəsində
iştirakçılara turizm xidmət sahəsinin bələdçilik,
Otel, Restoran, davranış və jestlər, obyektin təqdimatı istiqaməti üzrə təlim paketi keçirililib.
Təlim paketinə daxil olan turizm xidmət sahəsinin istiqaməti üzrə təlimləri Azərbaycan Turizm və Menecment Universitetinin Təlimlər mərkəzinin təlimçisi Səkinə Əsgərova Universitetin məzunu AAAF Holding Şirkətinin Turizm və Qonaqpərvərlik Departmentinin rəhbəri Cavid Cəbiyev tərəfindən həyata keçirilib.
Layihənin
sonuncu günü təltif etmə mərasimi
keçirilib, təltif etmə mərasimində Azərbaycan Turizm İnstitutu Məzunları
İctimai Birliyi (ATİMA) sədri Ağamir Ağamirovda iştirak edib və
iştirakçılar sertifikartlarla təltif
olunublar.
Layihə rəhbəri - Azərbaycan Turizm və
Menecment Universitetinin IV kurs tələbəsi
Aygün Fetullayevadır