Ölkə

Azəriqazın Ağstafa rayon idarəsindən şok şikayət

26-07-2016, 16:31

Azəriqazın Ağstafa rayon idarəsindən şok şikayətAğstafa rayonu Yenigün kənd sakini Qəhrəmanov Sədi Xeberman.com saytının əməkdaşlarına bildirib ki, Ağstafa rayonu Azəriqaz regional idarəsinin qeyri- qanuni olaraq ona cərimə yazıb. Sədi Qəhramanov əməkdaşımıza bildirib ki, 2014 –cü ildə qaz sayğacını iri tonnajlı maşın vurub sıradan çıxarmışdı və həmin vaxt ev sakini evdə olmamışdı.Bundan sonra Azəriqaza yeni sayğac qoyulması ilə bağlı müraciət etmiş, müraciətindən dərhal sonra yeni sayğac quraşdırılmışdı. Həmin vaxtdan rəsmi və qeyri -rəsmi bütün ödənişləri etmişdim. Üstündən 2 ildən artıq vaxt keçməsindən sonra 2016-ci ilin 14 iyunda 131 manat cərimələnməsi ilə bağlı məktub gönərilmişdi. Bundan əlavə Sədi Qəhrəmanov Xeberman.com saytına bildirir ki, Azəriqaz regional idarəsinin rəhbər və işçilərinin qanunsuz tələbləri bununla bitmir. Şikayətçinin əməkdaşımıza bildirdiyinə görə ayda 100 azn və daha çox , hətta elə ay olub ki, 200 azn bir ay ərzində tələb ediblər guya mən qaz yandırmışam . Yuxarı stansiyalara şikayət etdikdən sonra isə həmin məbləği yarıbayarı azaldıb xahiş ediblər ki, ödəyim. Sədi Qərəmanov Xeberman.com saytına bildirib ki, Azəiqazın rəhəbər vəzifəli şəxslərin qanunsuz əməllərindən məhkəməyə və digər yuxar stansiyalara və o cümlədən rəsmi olaraq prezident cənab İlham Əliyevədə müraciyyət edəcəm .

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]