Əsas Səhifə / Maraqlı

Bu aviaşirkət bileti 1 avroya satır

5-02-2016, 00:05

Bu aviaşirkət bileti 1 avroya satırİrlandiyanın "Ryanair" lou-kost aviaşirkəti qeyri-adi endirim kampaniyasına başlayıb.

"Report"-un verdiyi məlumata görə, Avropanın istənilən nöqtəsinə bir istiqamətdə 1 avroya uçmaq olar.

Bundan başqa, şirkət həyata keçirdiyi bütün istiqamətlər üzrə qiymətləri də ucuzlaşdırıb.

Endirim kampaniyasının nə qədər davam edəcəyi məlum deyil. Lakin 1 avroya satılan biletlər ancaq fevral ayı üçün nəzərdə tutulub.

Endirim aksiyasında dünyanın bir çox marşrutları, habelə Baltikyanı ölkələr və Polşa (Kaunas, Varşava və s.) yer alıb. Lakin siyahıda Azərbaycan yoxdur.

Məsələn, promo-qiymətlər (bir tərəfə) Каunas-Коpenhagen, Varşava-Köln, Varşava-Brüssel, Tallin-Оslo, Brüssel-Piza, Paris-Мilan və s. marşrutlara aiddir. Bundan əlavə, aksiya Avropada daha 500 istiqaməti əhatə edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]