Əsas Səhifə / Gündəm

Neftin qiyməti 28 dollardan aşağı düşdü

20-01-2016, 11:26
 İranın milli neft şirkəti avropalı müştərilər üçün neftin qiymətini aşağı salıb.

Virtualaz.org saytı Reuters agentliyinə istinadən xəbər verir ki, fevral ayında Avropada İran nefti Brent markalı neftin orta qiymətinə nisbətdə 4,85 dollar endirimlə satılacaq (yanvarda endirim 4,3 dolar təşkil edirdi).

Ağır İran neftinin 1 barrelinin qiymətinə edilən endirim yanvardakı 6 dollardan fevralda 6,55 dollara kimi yüksəlib.

Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanı özünün Arab Light markalı neftinə 4,85 dollarlıq endirim təklif edir.

Bu xəbərlər dünya bazarında neftin yenidən kəskin ucuzlaşmasına gətirib çıxarıb.

Belə ki, fevral ayının fyuçersləri üzrə WTI markalı neftin 1 barrelinin qiyməti bu gün günorta saatlarında 3,34% enərək 27,51 dollar təşkil edib. Brent markalı neftin 1 barrelinin qiyməti 2,65% aşağı düşərək 27,97 dollar təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]