Yaşam

Mağaza sahiblərindən böyük vicdansızlıq: “Palsüd” məhsullarına 10 faiz endirim edib…

16-03-2016, 00:07

Mağaza sahiblərindən böyük vicdansızlıq: “Palsüd” məhsullarına 10 faiz endirim edib…Ölkədə baş verən devalvasiya böhranında demək olar ki, bütün istehsal müəssisələri qiymət artımına getdi. Amma Türkiyədə yaşayan, azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu "Palmali” şirkətinin nəzdində fəaliyyət göstərən "Palsüd” zavodu öz məhsullarında qiymət artımına getmədən əvvəlki qiymətlərlə satışını davam etdirdi.

Əldə etdiyimiz məlumata görə mart ayının ikinci həftəsindən süd məhsullarına əlavə 10% endirim kampaniyasına start versə də bəzi magaza və marketlər bu kampaniyadan öz çıxarları üçün istifadə edir və müştərilərini məlumatlandırmır. Bu informasiyanı adı çəkilən şirkətdən də təsdiq etdilər.

"Palmali” Bakı ofisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu ” Açığı, bu barədə bizə məlumatlar daxil olub. Vətəndaşları şirkətimizin məhsullarını alarkən endirim kampaniyasından yararlanmağa çağırırıq. Mart ayının 22 nə qədər davam edəcək kampaniya çərçıvəsində məhsullarımıza 10% endirim davam edir. Daimi müştərilərimiz Əliəşrəf Əlizadə 29 ünvanındakı firma magazamıza da müraciət edə bilər”deyə bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]