Əsas Səhifə / Xəbərlər / Gündəm / Siyasət
1 saylı cəzaçəkmə müəssisəsində məhbuslara verilən suyu kəsiblər?
8-07-2021, 16:55
Həbsdə olan jurnalist, siyasi məhbus Polad Aslanovun xanımı Gülmirə Aslanovanın «Müdafiə xətti» hüquq- müdafiə təşkilatına verdiyi məlumata görə, Polad Aslanov bu gün evə zəng edib.
“Telefon danışığı zamanı məlum oldu ki, Polad Aslanovun məhbus yoldaşı Vüsal Mirzəyevin ailəsindən sovqat qəbulu zamanı rüşvət tələb olunub. Ailə məcburiyyət qarşısında qalaraq rüşvət verib. Məhbus Vüsal Mirzəyev buna etiraz olaraq aclıq aksiyasına başlayıb. O, aclığı dayandırmadığına görə “kars”a salınıb”, - Aslanova bildirib.
Sonradan ailədən alınan rüşvət 1 saylı çəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən Vüsal Mirzəyevin məhbus yoldaşı Polad Aslanova qaytarılıb.
Vüsal Mirzəyev isə aclığı dayandırmayıb. Tələbi budur ki, Baş Prokurorluğun nümayəndəsi ona baş çəksin.
“Eyni zamanda 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslara verilən suyu kəsiblər, sərinkeşlərdən istifadəyə icazə vermirlər. Bununla məhbusları Polad Aslanovun üzərinə qaldırırlar. Polad Aslanov bildirib ki, sabaha qədər yaradılmış süni qadağalara son qoyulmasa, o da aclıq aksiyasına başlayacaq”, - Gülmirə Aslanova bildirib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.