Əsas Səhifə / Xəbərlər / Gündəm

Beynəlxalq təşkilat Polad Aslanovun işi üzrə ədalətli məhkəmə təhqiqatı aparmağa çağırır

11-02-2021, 16:36

Polad Aslanov aclıq aksiyasını davam etdirir
"Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və fevralın 15-də Apelyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırır. Bu barədə təşkilatın fevralın 9-da yaydığı bəyanatda deyilir.
Xeberman.com və Press-az.com saytlarının təsisçisi Polad Aslanov hüquq-mühafizə orqanlarında korrupsiyanı tənqid edib, amma o, İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunub və 2019-cu ilin iyununda həbs edilib. 2020-ci ilin noyabrında ona 16 illik həbs cəzası verilib. Hazırda o, fevralın 1-də hüquqlarının pozulmasına etiraz əlaməti olaraq başladığı aclıq aksiyasını davam etdirir.
"19 aylıq həbsdən və ədalətli məhkəmə təhqiqatı və ev dustaqlığına keçirilmə tələbi ilə keçirdiyi 8 günlük aclıq aksiyasından sonra Polad Aslanovun səhhəti pisləşir. O, həddindən artıq arıqlayıb və böyrəklərindəki ağrılardan şikayət edir, həyat yoldaşı ona həkim nəzarəti olmadığını bildirir”, deyə bəyanatda qeyd edilir

Administratorla əlaqə

077 611-55-22

[email protected]